Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü il dönümünə həsr edilmiş sərgi 2 gün davam edib.

25 fevral 2016 | 11:00

Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə 25 fevral 2015-ci il tarixdə  Heydər Əliyev Mərkəzinin açıq havada təşkil etdiyi sərgi sakinlərin böyük marağına səbəb olduğu üçün 26 fevral tarixində də davam edib. Məktəblilərin əl işlərindən ibarət olan sərgidə Xocalı soyqırımının dəhşətlərini əks etdirən  görüntülər yer  alıb. Bundan əlavə faciəyə aid fotoşəkillər də nümayiş etdirilib. Gün ərzində müxtəlif idarə və təşkilatların nümayəndələri, məktəblilər, tələbələr sərgi ilə tanış olublar, “Soyqırımlarına son!” şüarı altında təşkil edilmiş imza lövhəsinə imza  atıblar. Sərgi müddətində vətənpərvər, döyüş ruhlu musiqilər, şeirlər səsləndirilib.

Keçidlər