Şriftin ölçüsü :

Saytın rəngi :

III Beynəlxalq Muğam Festivalı ilə əlaqədar Respublika Xalq Çalğı Alətləri orkestri Ağaverdi Paşayevin rəhbərliyi ilə Ağcabədi rayonunda konsert vermişdir.

12 mart 2013 | 11:00

11 mart 2013 – cü il  tarixdə  saat 15:00 –da Ağcabədi rayonu Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində  III Beynəlxalq Muğam Festivalı  ilə əlaqədar Respublika Xalq Çalğı Alətləri orkestri Ağaverdi Paşayevin rəhbərliyi  ilə konsert vermişdir.
    Konsert proqramını  Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq çıxış etmiş və qonaqları Ağcabədi rayonunda görməkdən şad olduğunu bildirmiş və salamlamışdır.
     Əbülfət Tapdıqov bildirmişdir ki, Beynəlxalq Muğam Festivalı üçüncü dəfə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və  Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilməsi böyük təqdirə layiqdir. Ona görə ki, Azərbaycanın maddi – mədəni irsi olan muğamın yaşadılması, qorunub, bir xəzinə kimi gələcək nəsillərə ötürülməsində mədəni körpü rolunu oynayan bu festivalın keçirilməsi mühüm bir tarixi nailiyyətdir. Bu festivalın keçirilməsində, layihənin  reallaşmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri danılmazdır.  Bir daha natiq qonaqlara  bu sahədə uğurlar və nailiyyətlər arzuladı.
    Konsertdə  solistlər  Simarə İmanova, Səbuhi İbayev, Nəzər Bəylərov və Gülay  Qədirova ifa etdikləri  xalq mahnıları, muğamları ilə konsert iştirakçılarını feyziyab etdilər.
    Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  metodisti Səid Hacıyev və M.Maqomayev adına Azərbaycan Dövlət Filormaniyasının direktor müavini Asəf Mikayılov iştirak etmişdir.
   Konsert proqramında 160 nəfər  iştirak etmişdir.

Keçidlər