26 Fevral – Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
26 fevral 2016- cı ildə saat 11:00 –da Ağcabədi rayonu Şəhidlər Xiyabanında 26 Fevral – Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzində 26 Fevral – Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş rəsm sərgisinin qaliblərinin əl işləri ilə tanış oldular.
Daha sonra tədbir Şəhidlər Xiyabanında davam etdirildi.Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş,daha sonra Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov çıxışında bildirmişdir ki, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən düşünülmüş və məntiqli siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik, xocalılar öz doğma yurd – yuvalarına qayıdacaq və cəzasız qalmış cinayətkarlar layiqli cavablarını alacaqdır. Sonda rayon rəhbəri erməni qatillərinin qurbanı olan bütün şəhidlərə Tanrıdan rəhmət dilədi. 26 Fevral – Xocalı faciəsi ilə bağlı hazırlanmış ədəbi –bədii kompozisiya nümayiş etdirildi.
Daha sonra Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti Qarabağ müharibəsi şəhidlərinin qəbirləri ziyarət edərək, qəbirlərin üzərinə tər çiçək dəstələri düzdülər.