Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən müəsisələrdə Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunması ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb , silsilə tədbirlər keçirilib.
24 fevral 2016-ci il tarixdə Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Mədəniyyət işçilərinin seminar məşğələsində Xocalı soyqırımına həsr edilmiş geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqə sükutla yad edildi. Sonra Rza Quliyev Xocalı soyqiriminin XX əsrdə baş vermiş genosid və etnik təmizləmə hadisəsinin ən dəhşətlisi olduğunu qeyd etdi. Çıxış edənlər –MKS-nin direktor müavini T. Məmmədova, Rəsm Qalareyasının işçisi Ş. Əliyeva, Kəbirli kənd kulubunun müdiri A. Çobanova, Mədəniyyət Mərkəzinin müdiri M. Mehdiyev, Kəhrizli kənd kitabxanasının müdiri A. Məhərrəmova və başqaları çıxış edərək Xocalı faciəsinin dəhşətlərini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdılar.