Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər davam edir
24 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq” dərnəyinin üzvlərinin və Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin iştirakı ilə “Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Meydanında fləşmob keçirilib. Fləşmobda iştirakçılar Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən səhnələr canlandırdılar. Sonra Xocalı faciəsi haqqında məlumat səsləndirildi və döyüş ruhlu musiqinin sədaları altında ayağa qalxan fləşmob iştirakçıları “Soyqırımılarına son” şüarı yazılmış lövhəyə imza atıb, “Xocalıya ədalət” şüarını səsləndirdilər.
İmza lövhəsi gün ərzində Heydər Əliyev Mərkəzinin binasının qarşısında saxlanılıb. Şüara dəstək olmaq istəyənlər günün sonunadək lövhəyə imzalarını atıblar.