Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMI-XX ƏSRİN FACİƏSİ

17 fevral 2016 | 11:00

17 fevral 2016-cı il tarixdə Ağcabədi şəhər M. Əsədov adına 5 saylı tam orta məktəbdə Xocalı soyqırımının  iyirmi dördüncü il dönümü ilə əlaqədar  “Xocalı  soyqırımı-XX əsrin faciəsi” adlı anım mərasimi keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər və məktəbin şagirdləri iştirak ediblər.
Mərasim açıq elan edildikdən sonra  xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman övladların və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Məktəbin direktoru S. Rəhimova giriş sözü ilə çıxış edərək, Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi surətdə məhv edilməsi məqsədi ilə həyata keçirildiyini deyib, Xocalıda baş verən soyqırımın tarixi faktlarını və hansı səbəblərə görə baş verməsi səbəblərini açıqlayaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, Rusiyanın Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. . S. Rəhimova sözünə davam edərək ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb.Tədbirdə aşağı sinif şagirdləri Xocalı faciəsi haqqında şeirlər səsləndiriblər.Yuxarı sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsini əks etdirən kompozisiyalar və səhnəciklər ifa olundu.Daha sonra Xocalıda baş vermiş qətliamlardan çəkilmiş kadrlar və “Dolu” filmi nümayiş olundu.Tədbirin sonunda məktəblilər  Şəhidlər xiyabanına ziyarət edərək  torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin məzarı üzərinə tər qərənfillər düzdülər.

Keçidlər