Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 8 Mart –Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir.

09 mart 2013 | 11:00

08 mart 2013-cü  il tarixdə saat 10:00 –da  Ağcabədi rayonunda  8 Mart – Beynəlxalq  Qadınlar   Günü münasibətilə  tədbir keçirilmişdir.
    Tədbirə başlamazdan öncə rayonun qadınlarından ibarət nümayəndələr  Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
    Tədbirdə rayonun ictimai həyatından  fəal olan qadınlar o cümlədən təhsil,səhiyyə, mədəniyyət, bələdiyyə sahəsində çalışan qadınlar  və digər qonaqların  iştirakı ilə 480 nəfər iştirak etmişdir.
   Tədbir Ağcabədi rayonunda  fəaliyyət göstərən “ Kral “ şadlıq sarayında davam etdirilmişdir. Bayram tədbirində iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək qadınları əziz bayram günü münasibətilə təbrik etmişdir. O çıxışında qeyd etmişdir ki, qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərə yardımcı olan böyük  qüvvədirlər. Qadınlar vətənə layiqli vətəndaş, vətənpərvər insan yetişdirən  və onlara tərbiyə verən anadırlar. İstərdik ki, həyatlarının bütün günü onlar üçün bayram olsun. Çünki bütün qadınlar xüsusilə analar bütün bayramlara layiqdirlər. Sonda rayon rəhbəri başda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva olmaqla, bütün Azərbaycan qadınlarını o cümlədən Ağcabədi qadınlarını, analarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmiş, onlara qadın xoşbəxtliyi, ailə səadəti və övlad sevinci və gələcək işlərində uğurlar arzulamışdır.
    Tədbirdə çıxış edən Rayon Heydər Əliyev Mərkəzinin baş mühafizi Məhsəti Musa  söylədiyi şeiri  və  həm də təbrik ilə, vətənimizin keşiyində sədaqətlə xidmət edən  N saylı hərbi hissənin əsgəri Xatir Məmmədov da  bu gün münasibətilə bütün Azərbaycan analarına öz təbrikini yetirmiş onlara qadın xoşbəxtliyi, ailə səadəti , hər zaman təravətli olan qadın gözəlliyi arzulamışdır. Sonda N saylı hərbi hissənin əsgəri Məmmədov qeyd etmişdi ki,  hər zaman Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün  qorunmasında  Ali Baş Komandanın əmrinə müntəzər hazır olacayıq və torpaqlarımızın düşmənlərdən təmizlənməsi üçün son anımazadək sədaqətlə xidmət edəcəyik.
    Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının təlimatçısı, vətənpərvər ,I qrup Qarabağ Əlili Ramil Nağıyev bayram  münasibətilə başda öz anaları olmaqla bütün Azərbaycan analarını, qadınlarını  təbrik etmiş  və onlara xoşbəxtlik arzulamışdır.
   Hər bir övlad üçün ananın dəyəri heç bir kəmiyyət ilə  ölçülə bilməz. Rayon 5 saylı bağçanın  4-5 yaşlı üzvləri də   bu gün münasibətilə başda öz anaları olmaqla bütün Azərbaycan analarını, qadınlarını  təbrik etmiş  və onlara xoşbəxtlik arzulamışdır.
   “Ağ ev”in  internet saytının  “ Biz xalqıq”  bölməsində  “Xocalı qətliamının hərbi cinayət kimi qəbul edilməsi”  və  “Dağlıq Qarabağ münaqişəsi nəticəsində  20% ərazimizin işğalı” ilə bağlı  keçirilən elektron səsvermədə gənclərin təşkilatçılığı ilə 21750 səs verilmişdir. Səsvermədə fəal  təşkilatçılığı ilə  seçilən 22 nəfər qadınlara və ümumən rayonun ictimai –siyasi həyatında fəal qadınlardan 45 nəfərə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı və qiymətli  hədiyyələr təqdim edilmişdir..
    8 Mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı bayram konserti ilə davam etmişdir.

Keçidlər