Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərdə dərs vaxtı Xocalı qurbanlarının xatirəsi anılıb

23 fevral 2016 | 11:00

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir.
19 fevral 2016-cı il tarixdən 23 fevral 2016-cı il tarixədək Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq”, “Xalçaçılıq”, “Rəssamlıq”, “Tikiş”, “Toxuculuq” və “Maraqlar üzrə əl işləri” dərnəklərinin ilk 15 dəqiqəsi tədbirlər planına uyğun olaraq Xocalı soyqırımına həsr edilib. Heydər Əliyev Mərkəzinin əməkdaşları və dərnək rəhbərləri Xocalı soyqırımı haqqında dərnək üzvlərinə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının  iştirakı  ilə Xocalı şəhərində törətdiyi vəhşiliklərdən danışıblar.
Bir günün içində yerlə yeksan edilən şəhəri tərk edən 2500 nəfər şəhər sakinindən 613 nəfərin düşmən gülləsinə tuş gələrək qətliam qurbanı olduğu və bu qətliamın bəşər tarixinə etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımı kimi yazılması məruzəçilər tərəfindən dərnək iştirakçılarının nəzərinə çatdırıldı.

Keçidlər