Ağcabədidə hər gün yüzlərlə sakin tibbi müayinədən keçirilir
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, fevralın 15-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Novruz Abbasov bildirib ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Qrafikə əsasən, ilk olaraq idarə və müəssisələrin kollektivləri müayinədən keçirilir. Fevralın 15-dən indiyədək 3137 nəfər müayinə edilib. Müayinə olunan sakinlərdən 145 nəfəri ambulator, 16 nəfəri stasionar müalicəyə cəlb edilib, 15 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Yaxın günlərdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən rayonun qəsəbə və kəndlərində də əhalinin tibbi müayinəsinə başlanılacaqdır.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən rayon sakinləri vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər