Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə tədbir kecirilmişdir.

23 fevral 2016 | 11:00

    Tədbir iştirakçıları İlk öncə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
    Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini cənab Rövşən Əhmədov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilməyə başlamışdır. Prezident İlham Əliyevin 2005-ci il noyabrın 25-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında”, həmçinin 2006-cı il fevralın 1-də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” bu sahədə əsaslı islahatların aparılmasına geniş imkanlar yaratmışdır. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrdə həyata keçirdiyi islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və böyük nailiyyətlərə imza atır.
    Sonda avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə səmərəli xidmətlərinə görə fərqlənən qabaqcıl işçilərə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər