Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

19 fevral 2016 | 11:00

  18 fevral  2016-cı il tarixdə saat 10:30 -da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət Mərkəzində  2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
   Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi  Əflatun Rufiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rzayev və Aqil Abbas iştirak etmişdir.
    Yığıncaqda rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri, sahibkarlar, fermerlər, veteranlar, gənclər və qeyri – hökümət təşkilatının nümayəndələri iştirak etmişdir.
    İlk öncə tədbir iştirakçıları və qonaqlar Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə təzə - tər qərənfillər düzərək , abidəsi önündə ehtiramla baş əyərək, Onun əziz xatirəsini hörmətlə yad etmişlər.
    Daha sonra Mədəniyyət Mərkəzinin  foyesində təşkil olunmuş kənd təsərrüfatı məhsulları sərgisi və rayonun sosial –iqtisadi göstəricilərini əks etdirən fotostendlə tanış olmuşdular.
Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açdı. Geniş məruzə ətrafında hazırlanan video görüntü  nümayiş etdirilmişdir.
     Rayonda 2015-ci ildə görülən  işləri məruzə edən rayon rəhbəri Şahin Məmmədov hesabatın yekununda vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik ,uğurlu gələcəyə doğru inamla addımlayacayıq.
    Yığıncaqda “ Atropatena” MMC-nin sədri Elşad Rəsulov, “Qarabağ Taxıl” MMC-nin sədri Safa Vartanlı,  Ağcabədi MKT İnnovasiya filialının direktoru Fazil Musayev,  “Azaqrotaxıl” MMC-nin icraçı direktoru Sahib Axundov,rayon Elektrik Şəbəkəsinin rəisi Rövşən Rəsulov, “BMS” Aqro MMC-nin təsisçisi, rayon Sahibkarlar şurasının sədri Mülhazil Balakişiyev və rayon Mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov görülmüş işlər və qarşıda duran vəzifələr barəsində çıxışlar etmişlər.
    Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rzayev və Aqil Abbas və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi  Əflatun Rufiyev çıxış etmişdir.
    Hesabat yığıncağında 16.12.2015-ci il -23.12.2015-ci il tarixlərdə Azərbaycan  Respublikasının  Mədəniyyət və Turizm Nazirliyi və Bakı Atçılıq Federasiyasının  birgə keçirdiyi Prezident kuboku uğrunda  Azərbaycan   birinciliyinin  Çövkən  yarışında 2-ci yer tutduqlarına görə Ağcabədi komandasının üzvləri Ağcabədi Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif olunmuşdular.


    Hesabat iclasının yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarının müraciəti oxunmuşdur.

Keçidlər