Şriftin ölçüsü :

Saytın rəngi :

"Biz Xocalıya qayıdacağıq!"

17 fevral 2016 | 11:00

    Fevralın 16-da Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin iştirakı ilə Ağcabədi rayon Şəhidlər Xiyabanında "Biz Xocalıya qayıdacağıq!" devizi altında xatirə mərasimi keçirilib. Məktəb killektivindən ibarət müəllim və şagirdlərin iştirakı ilə Ağcabədi rayon şəhidlər xiyabanı ziyarət edilmişdir. Əvvəlcə şagirdlər vətənimizin , torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş, həlak olmuş şəhidlərin qəbirlərini ziyarət etmiş  daha sonra məktəbin direktoru Sadiq Əliyev şəhidlər xiyabanında abidə qarşısına toplaşaraq, şagirdlərə Xocalı faciəsinin baş verməsi tarixindən söhbət açmış. Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı barədə geniş çıxış edib və böyük əminliklə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində tezliklə işğal altında olan torpaqlarımız, eləcə də yerlə yeksan edilmiş Xocalı şəhəri azad ediləcək, bayrağımız Xankəndi, Şuşa, Laçın və digər yolumuzu gözləyən əzəli və əbədi yurd yerlərimizdə dalğalanacaqdır.
   Sonra məktəbin şagirdləri abidə qarşısında Xocalı faciəsinə həsr olunmuş şerlər və bayatılar söylədilər.

Keçidlər