Ağcabədi rayonunda 05 Mart “ Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
01-04 mart 2013 –cü il tarixdə Ağcabədi Rayon Mərkəzi Stadionunda cüdo, Karate-do və digər idman növləri üzrə silsilə tədbirlər keçirilmişdir.
Rayonda Mərkəzi Stadionunda idman sahəsində keçirilən idman yarışlar idmanın müxtəlif sahələrinə uşaqların, yeniyetmələrin və gənclərin marağının daha çox artmasına səbəb olmuşdur.
05 mart 2013 – cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonunda 05 Mart “ Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsinin yad etdilər.
Daha sonra tədbir iştirakçıları Rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək, 05 Mart “ Bədən tərbiyəsi və İdman Günü”münasibəti ilə bütün bu sahədə çalışan hər bir kəsi təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafı, qorunması üçün hər zaman vətənə layiqli vətəndaş olmağı arzuladı. Natiq bildirdi ki, bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci ilin mart ayının 5 –də Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşərək, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymaqla İdman Fondunu təsis etməsi nəticəsində ölkəmizin hər yerində idmançılar bu günü böyük uğurlarla qeyd edirlər. Hər zaman Ulu öndər Azərbaycanda idman və bədən tərbiyəsi sahəsinin inkişafına,onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında sərəncam imzalaması bu diqqət və qayğının bariz nümunələrindən biridir.
Yekunda dəyirmi masa ətrafında idman sahəsində görülən işlər və gələcəkdə rayonda idmanın və bədən tərbiyənin daha inkişaf etdirilməsi, gücləndirilməsi sahəsində həyata keçiriləcək işlər müzakirə olunmuşdur.
Tədbirdə 60 nəfər iştirak etmişdir.