Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə keçirilən yarmarkada məhsullar 30 faiz ucuz satılıb

15 fevral 2016 | 11:00

   Ağcabədi rayonunda əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədilə ayda iki dəfə ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunur.
    Şəhərin mərkəzi stadionunda 13.02.2016-cı il tarixdə keçirilən növbəti yarmarkada rayonun kəndlərindən və rayon mərkəzindən fermer və sahibkarlar tərəfindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb.
   Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Məhsullar bazar qiymətlərində 30 faiz ucuz satılıb. Un (50 kq) 21 manata, mal əti 4 manata, qoyun əti 5 manata, kartof 60 qəpiyə, yumurta 10 qəpiyə təklif olunub.
    Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.

 

Keçidlər