Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya Höküməti tərəfindən Azərbaycanda həyata keçirilən “Ot kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində Ağcabədi rayonunda görüş olmuşdur.

11 fevral 2016 | 11:00

11.02.2016 cı il tarixdə saat 13:00-da Ağcabədi rayon İcra Hakimiyyətinin inzibati binasında,  Yaponiya Höküməti tərəfindən Azərbaycanda həyata keçirilən “Ot kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində dəstəklənən və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçiriləcək “Ağcabədi şəhər məktəblərində gigiyenik şəraitin yaxşılaşdırılması” adlı layihənin imzalanma mərasimi keçirilmişdir. İmzalanma mərasimində Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfirinin müavini Kenji Ashida ( Kenji AŞİDA), Yaponiyanın Azərbaycandakı Səfirliyinin əməkdaşı xanım Miki TSUDA, “ Yerli idarəetməyə Yardım “ İctimai Birliyinin sədri Vüsal Mirzəyev və Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar şöbənin müdiri Naibə Mustafayeva ,Ağcabədi şəhər Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov,Ağcabədi şəhər bələdiyyəsinin sədri Qaraxan Cəfərov iştirak etmişdirlər.
    Naibə Mustafayeva çıxışında ” Yaponiya Höküməti tərəfindən Azərbaycanda həyata keçirilən “Ot kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində dəstəklənən və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçiriləcək “Ağcabədi şəhər məktəblərində gigiyenik şəraitin yaxşılaşdırılması” adlı layihə çərçivəsində  Ağcabədi şəhər 1 saylı  tam orta məktəb və Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbin həyətində sanitar qovşaq təyinatlı yardımçı qurğuların tikilməsi barədə Ağcabədi rayon icra hakimiyyətinə edilən  müraciətin tərəflərindən diqqətlə öyrənildiyini və uşaqların sağlam gələcəyinin təminatına yönələn müvafiq təşəbbüsün müsbət dəyərləndirilidiyini qeyd etmiş, Məlumat üçün bildirmişdir ki, Yaponiya hökümətinin ölkəmizdə 2000-ci ildən başlayaraq həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı çərçivəsində Ağcabədi şəhərində indiyədək məktəblərdə gigienik şəraitin yaxşılaşdırılması istiqamətidnə heç bir layihə icra olunmamışdır.
    Çıxış edən natiq onu da qeyd etdi ki,  2009-cu ildə Ağcabədi rayon  Hüsülü kəndində Yaponiya səfirliyi tərəfindən həkim məntəqəsi tikilib və istifadəyə verilib.
    Ağcabədi rayon  Kəbirli kəndində isə Yaponiya səfirliyi tərəfindən həkim məntəqəsinin tikilməsi üçün  2014-cü ildə sənədlər hazırlanıb təsdiqə göndərilib,sənədlər təsdiq edilib, lakin hal-hazırda tikinti işi aparılmır.
     2015-ci ildə rayonun Hindarx qəsəbəsi və Boyat, Biləğan, Hacılar, Qaraxanlı, Arasbar, Sarvanlar, Minəxorlu, Köyük, Şərəfxanlı kəndlərində hər birində 1 (bir) ədəd olmaqla,cəmi 10 (on) ədəd subartezian quyusu təmir-bərpa edilərək kənddə sudan istifadə edən insanların istifadəsinə verilmişdir.
  Daha sonra Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfirinin müavini Kenji Ashida ( Kenji AŞİDA) çıxış edərək yaratdığı şəraitə görə rayon rəhbərliyinə öz təşəkkürünü bildirmiş və imzalanma mərasimi olmuşdur.

Keçidlər