Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin şagirdləri Xocalı şəhidlərinin xatirəsini anmışlar.

11 fevral 2016 | 11:00

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin şagirdləri Xocalı şəhidlərinin anım günü münasibəti ilə şəhidlər xiyabanında ziyarətdə olmuşlar.Ziyarətdə məktəbin VII-VIII sinif şagirdləri və müəllimlər iştirak etmişlər.Məktəbin direktoru Səadət Kazımova Xocalı soyqırımı haqqında məlumat verərək ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən danışaraq şagirdləri vətən tarixini unutmamağa, torpaqlarımız uğrunda mübarizəyə hazır olmağı tövsiyə etmişdir.
Sonra şagirdlər şəhidlərə ithaf olunmuş şeirlər söylədilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılaraq onların qəbri üstünə tər qərənfillər düzüldü.

Keçidlər