Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Gənc Heydərçilər” qrupunun işinin təşkili ilə bağlı iclas keçirilmişdir.

10 fevral 2016 | 11:00

10 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzi, Ağcabədi rayon Gənclər və İdman İdarəsi, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupu ilə birlikdə Heydər Əliyev Mərkəzində iclas keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələ Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun fəaliyyətini daha da genişləndirmək, səmərəliliyini artırmaq, tərtib olunmuş proqram  və mühazirələr əsasında dərslərin keçirilməsinə hazırlıq olmuşdur. Bununla bağlı olaraq şəhər məktəblərinin direktorları ilə birgə mövzu ətrafında müzakirələr aparılmışdır. İclasda “Gənc Heydərçilər”in yetişdirilməsi, Ümummilli Lider Heydər Əliyev irsinin daha da dərindən öyrənilməsi üçün müxtəlif təkliflər də irəli sürülmüşdür.
Sonda, Heydər Əliyev Mərkəzi ilə məktəblər arasında elektron poçt üzərindən mütəmadi əlaqənin qurulması və bu istiqamətdə işlərin davam etdirilməsi ilə əlaqədar məsələ razılaşdırılmışdır.

Keçidlər