Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunması ilə bağlı hazırlıq işləri görülür

05 fevral 2016 | 11:00

05 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzinin “Həvəskar Aktyorluq” dərnəyinin şagirdlərinin iclası keçirilib. İclasda dərnəyin rəhbəri Gündüz Sevindik və Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək qeyd ediblər ki, bu kimi faciələrə hər bir vətəndaş həssaslıqla yanaşmalı, təbliğat işində əl-ələ verməli, bacardığını etməlidir.
Qeyd olunub ki, qarşıdan gələn 26 Fevral-Xocalı soyqırımı gününün qeyd olunmasına hər zamankı kimi ciddi hazırlıq işləri gedir və Heydər Əliyev Mərkəzində də silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən biri isə mərkəzin “Həvəskar aktyorluq” dərnəyinin üzərinə düşür. Açıq havada keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı təkliflər irəli sürüldü, müzakirələr aparıldı. Həmçinin, o da təklif olundu ki, əsasən gənclərin iştirak etməsi tələb olunan bu tədbirdə təkcə, mərkəzin aktyorluq dərnəyinin üzvləri deyil, könüllü gənclərin də cəlb olunması daha məqsədə uyğun olar. Daha sonra hazırlıq işləri ilə bağlı gənclərə müəyyən tapşırıqlar verildi.

Keçidlər