Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Bizdə bacararıq” adlı layihə çərçivəsində tədbir keçirilmişdir

08 fevral 2016 | 11:00

Ağcabədi rayon İcra hakimiyyətinin,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının və Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilati dəstəyi ilə “Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 7- ci qrant çərşivəsində Ağcabədi rayonu Hacıbədəlli kənd Folklor evində,Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Bizdə bacararıq” adlı layihə çərçivəsində növbəti tədbir keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan layihənin eksperti Radə Telmanqızı bildirmişdir ki, layihənin əsas məqsədi gənclərin istedad və bacarıqlarına dəstək olmaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək, incəsənət, idman və digər sahələr üzrə uşaq, yeniyetmə və gənclərin motivasiya olunmasına dəstək olmaqdır.
      Sonra Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev çıxış edərək gənclərə musiqi mədəniyyəti ilə bağlı öz tövsiyyələrini vermiş,gənclər arasında yeni səslərin olduğunun sevindirici hal olduğunu vurğulamışdır.
     Tədbirdə çıxış edən Ağcabədi rayon,Yaqub Məmmədov adına mədəniyyət evinin direktoru Məzahir Mehdiyev,Hacıbədəlli kənd musiqi məktəbinin direktoru Rəhim Süleymanov və digərləri gənclərə yaradılan münbit şəraitdən bəhs edərək onlara bu yolda daha böyük uğurlar arzulamışdır.
  Daha sonra gənclərin ifasında Xor,folklor nümunələri, musiqi nömrələri təqdim olunub, rəqslər və digər yaradıcılıq nümunələri nümayiş etdirilib.
Fotomüxbir  Mais  Amin  AZpress.AZ   Ağcabədi  rayonu.

Keçidlər