Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə şəhərində Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə I Azərbaycan Rəqs Konqresi və "Kəpəz Kuboku" uğrunda rəqs yarışı təşkil olunub.

04 fevral 2016 | 11:00

Yanvarın 30-da Gəncə Məhsəti Gəncəvi Mərkəzində təşkil olunan konqres "I Kəpəz Kuboku" rəqs müsabiqəsinin hazırlıq mərhələsi rolunu oynayıb. Konqresdə Bakı, Gəncə və ətraf rayonlardan olan rəqs dərnəklərinin rəhbərləri iştirak ediblər. Tədbirdə "Kəpəz Kuboku" rəqs yarışmasının planı qurulub və gündəlikdə olan məsələlər müzakirə edilib. Ötən gün isə Gəncə Dövlət Dram Teatrında "Kəpəz Kuboku" uğrunda rəqs yarışı keçirilib. Yarışda ölkənin 20-dən çox rayonundan olan incəsənət ustaları iştirak ediblər. Mərasimdə münsiflər heyətinin bal sistemi ilə ölkənin ən yaxşı rəqqasları müəyyən olunub. 
Qeyd edək ki, "Kəpəz Kuboku" uğrunda rəqs yarışı Azərbaycanda ilk dəfədir keçirilir. Yarışda müxtəlif yaş qruplarından olan rəqqasların ifasında folklor, rəqs şou, folklor stilizasiya, hip-hop kimi rəqs növləri nümayiş olunub.
Yarişmada iştirak edən Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbinin şagirdləri 3 kubok,21 diplom və 2-ci dərəcəli laureat ilə mukafatlandırılıblar.

Keçidlər