Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbində 2 fevral “Gənclər gunu” münasibəti ilə görüş keçirilmişdir.

03 fevral 2016 | 11:00

Ağcabədi şəhər 1 saylı tam orta məktəbində 2 fevral “Gənclər gunu” münasibəti ilə X-XI sinif şagirdləri və ali məktəbə qəbul olan tələbələrlə görüş keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Kazımova açaraq şagirdləri və tələbələri Gənclər günü münasibəti ilə təbrik edərək,görüşün mahiyyətini və qəbula hazirlaşan şagirdlər üçün əhəmiyyətindən danışdı.Sonra tələbələr ali məktəb həyatı haqqında şagirdlərin verdiyi suallara cavab verərək öz xatirələrini danışdılar.Onlar üçün hazirlalanan “Məktəb illəri” başlığı altında foto stendə baxaraq öz şagird illərini sevinclə xatırladılar.Tədbirdə şagirdlər tələbələri şerlərlə təbrik etdilər.Tədbirin sonunda şagirdləri məktəb otaqlarına çağıran son zəngin sədaları xatırlandı.Bu zəng şagirdləri sinif otaqlarına, tələbələri isə yeni həyat yollarına yola saldı.

Keçidlər