Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gəncləri günündə N saylı hərbi hissənin gənc əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzini ziyarət etdilər

03 fevral 2016 | 11:00

2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə Ağcabədi rayonunda ön cəbhədə yerləşən N saylı Hərbi hissənin bir qrup gənc əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Hərbiçilər  əvvəlcə Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etdilər.
Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş və onlara Mərkəzin direktoru Məhsəti Ağayeva tərəfindən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin gənclər siyasəti haqqında dolğun məlumatlar verilmişdir.

Keçidlər