Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyevin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat

29 yanvar 2016 | 11:00

M Ə R U Z Ə S İ

 

Cənab Başçı, hörmətli yığıncaq iştirakçıları !

 

Azərbaycan iqtisadiyyatı dünyada baş verən iqtisadi, hərbi və siyasi böhranlara baxmayaraq 2015-ci ildə də inkişaf etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasi kursu ölkənin sosial-iqtisadi inkişafının davamlı olmasını, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini, milli və dövlətçilik maraqlarını təmin etmişdir.

 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2016-cı il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində və 2016-cı il yanvarın 26-da “Azərbaycan Respublikası  regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident 2015-ci ildə  Azərbaycanın sosial-iqtisadi inkişafının davam etdirildiyini qeyd edərək, qarşımıza böyük vəzifələr qoymuşdur.

 

   Cənab Prezident dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsinə, milli valyutamız olan manatın devalvasiyaya uğramasına baxmayaraq ümumdaxili məhsulun 1 faizdən çox, sənaye istehsalınının 2,4 faiz, qeyri-neft sənayesinin 8,4 faiz artdığını bildirmişdir.

   Cənab Prezident qeyd etmişdir ki, ötən il ölkədə “Kənd təsərrüfatı ili” elan edilmiş, aparılan islahatlar və icra edilən infrastruktur layihələri nəticəsində kənd təsərrüfatı 6,6 faiz artmışdır. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyadır. 

     Dünyada maliyyə böhranının davam etməsinə baxmayaraq 2015-ci ildə iqtisadi inkişaf təmin edilmiş, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görmüşdür.

     Respublikamızda aparılan abadlıq-quruculuq işləri  rayonumuzda da  uğurla həyata keçirilmiş, bir neçə yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, şəhərin prospekt və küçələrdə əsaslı təmir işləri aparılmış, yeni yaşıllıqlar salınmışdır.

 

    Hörmətli yığıncaq işritakçıları !

 

    2015-ci ildə rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi “Azərbaycan Respublikası  regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın nümayəndəlik ərazisində icrası ilə bağlı ərazidəki təşkilatlarla birlikdə abadlıq- quruculuq sahəsində xeyli işlər görmüş, respublika və rayon rəhbərliyinin bu sahədə qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə çalışmışdır.

 

    Ağcabədi şəhərinin ərazisi 1546 ha, əhalisi 41834 nəfərdir. 9978 təsərrüfat, o cümlədən 7082 ev təsərrüfatı, 14 seçki məntəqəsi, 16720 nəfər seçici vardır.

    Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat ilində 11 tam orta məktəbin, 7 uşaq bağçasının, Kommunal Xidməti və Mənzil İstismar idarəsinin və Yaşıllaşdırma sahəsinin maliyyə təsərrüfat fəaliyyətini həyata keçirmişdir. 

     2015-ci ildə Kommunal Xidməti və Mənzil İstismar idarəsi tərəfindən şəhərin Üzeyir Hacıbəyli prospektində 69 saylı 5 mərətəbəli 50 mənzilli, Vaqif küçəsində 11 saylı 2 mərtəbəli 8 mənzilli yaşayış binaları  əsaslı təmir edilmişdir.

 

   Kommunal Xidməti və Mənzil İstismar idarəsi hesabat ilində məişət tullantılarının yığılıb daşınması ilə əlaqədar fiziki və hüquqi şəxslərlə 1804 müqavilə bağlamışdır. İdarə küçələrin təmizliyi, məişət tullantılarının yığılıb daşınması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışdır. Kommunal Xidməti və Mənzil İstismar idarəsi 2016-cı ildə də vətəndaşlarla  bağlanmış müqavilələrin sayını artırmaqla işlərini günün tələbləri səviyyəsində qurmalıdır.

 

   2015-ci ildə şəhərin küçə və prospektlərində cəmi 40700 m2 asfalt-beton örtüyü salınmış və cari təmir işləri aparılmışdır.

  Hesabat ilində şəhərin Heydər Əliyev prospektində, Nəsimi və Hüsü Hacıyev küçələrində 2210 kv.metr yeni səki salınmış, 2210 kv.metr tamet döşənmiş, Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, Tofiq İsmayılov, İsmət Qayıbov, Hüsü Hacıyev, Xəlfərəddin və Nəsimi küçələrində 480 pm. səki yanına ağlay döşənmişdir. Nəsimi və Hüsü Hacıyev küçələrinə 1990 pm. bardur qoyulmuşdur. Şəhərin Nəsimi, Hüsü Hacıyev və Səməd Vurğun küçələrinə 3400 metr su ötürücü kanalizasiya xətti çəkilmiş, şəhər ərazisində 24.500 kv.metr hasar və bina fasadları rənglənmiş,  prospekt və küçələrə 67.500 metr ağ və sarı xətt çəkilmişdir.   

 

     Şəhərin Səməd Vurğun küçəsində əsaslı təmir işləri aparılmış, 1100 kv. metr hasar çəkilmiş, 700 kv.metr suvaq işləri görülmüş, hasarlara 2280 kv.metr ağlay işlənmişdir.

    Hesabat ilində şəhərin prospekt və küçələrinə 36 ədəd yeni işıqlandırma dirəkləri qoyulmuş, bina və hasarlara 680 pm. rəngli işıqlar quraşdırılmış, 2370 kv.metr bina fasadları ağlayla və dekorativ pilitələrlə üzlənmişdir. Heydər Əliyev meydanına 900 kv.metr tamet döşənmiş, yeni bəzək işıqları quraşdırılmış, 2 ədəd giriş qapı kompleksi və müasir tipli görüntü-manitor quraşdırılmışdır.  

 

     Hesabat ilində şəhərin ümumtəhsil məktəblərinin binalarında cari, şəhər 11 saylı tam orta məktəbin binasında əsaslı təmir işləri aparılmış, şəhər 4 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilmiş, 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri işlərinə başlanılmışdır. Hazırda rayonda Olimpiya İdman Kompleksinin, ikimərtəbəli otel kompleksinin tikintisi aparılır.

     2015-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağcabədi Kənd Təsərrüfatı idarəsinin və Fövqəladə Hallar Nazirliyi Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin binalarının tikintisi başa çatdırılmış, 8 saylı Ərazi Vergilər idarəsinin Ağcabədi Xidmət Mərkəzinin inzibati binasının tikintisinə başlanılmışdır. Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılmış, Böyük Vətən Müharibəsi iştirakçıları, Xocalı faciəsi, 31 mart azərbaycanlıların soyqırımı və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün müasir tipli abidə kompleksi inşa edilmiş, bəzək və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq əbədi məşəl kompleksi tikilmiş, ətrafı abadlaşdırılmışdır. Şəhərin Üzeyir Hacıbəyli prospektində  17 oktyabr 2015-ci il tarixdə Bayraq muzeyinin təməli qoyulmuş, hazırda tikintisi davam etdirilir.

   Hesabat ilində şəhərin Şamil Cəmşidov və İsi Məlikzadə  küçələrində 4562 metr SİP kabel çəkilmiş, Şamil Cəmşidov, İsi Məlikzadə və Səməd Vurğun küçələrində 222 ədəd yeni dəmir dayaq, 92 ədəd yeni sayğac quraşdırılmışdır. Üzeyir Hacıbəyli prospektində 1 ədəd 630 kvA, Şıxəli Qurbanov küçəsində 1 ədəd 630 kvA, Nəriman Nərimanov küçəsində 2 ədəd 630 kvA, Şah İsmayıl Xətai küçəsində 2 ədəd 630 kvA, Səməd Vurğun küçəsində 2 ədəd 400 kvA, Həzi Aslanov küçəsində 1 ədəd 400 kvA,  Tofiq İsmayılov küçəsində 1 ədəd 250 kvA, Qarabağ küçəsində 1  ədəd 250 kvA , Əlnağı Bünyadov küçəsində 1 ədəd 250 kvA, Xəlfərəddin küçəsində 1 ədəd 160 kvA, Hüsü Hacıyev küçəsində 1 ədəd 160 kvA, İsmət Qayıbov küçəsində 2 ədəd 160 kvA, Kamil Nəsibov küçəsində isə 1 ədəd 630 kvA və 1 ədəd 250 kvA olmaqla, cəmi 19 ədəd işıqlandırma transformatoru qoyulmuşdur.

 

    2015-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Ağcabədi xidmət sahəsi şəhər ərazisində 8156 əhali abonenti və 98 qeyri əhali abonentinə xidmət etmişdir. Əhalinin təbii qaz təchizatının daha da yaxşılaşdırılması üçün şəhərin prospekt və küçələrində 1700 pm. təmir-tikinti işləri aparılmışdır. Şəhər ərazisində olan 8156 əhali abonenti  tərəfindən hesabat ilində 13.158.721 m3 qaz istehlak edilmişdir. Abonentlər tərəfindən istehlak edilmiş qaz sərfiyyatının dəyərindən 1.306.790 manat “Azəriqaz” İstehsalat Birliyinin hesablaşma hesabına ödənilmişdir. Əhaliyə təbii qazın verilişi normaldır.

   Sukanal İdarəsinin Ağcabədi şəhəri üzrə xidmət sahəsində 1400 əhali abonenti vardır. Hesabat ilində Sukanal idarəsi tərəfindən əhaliyə satılmış 1.004.327 kubmetr içməli suyun dəyərindən 250.409 manat ödənilmiş, plan 99,7 faiz yerinə yetirilmişdir. Hesabat ilində Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, Füzuli, Qarabağ, Tofiq İsmayılov, Həzi Aslanov, Səməd Vurğun və Xəlfərəddin küçələrində mərkəzi su xətləri, Hüsü Hacıyev, Etibar İsmayılov, 20 yanvar və Mehdi Hüseynzadə küçələrində mövcud su xətləri təmir edilmişdir. Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, Tofiq İsmayılov, İsmət Qayıbov və 28 may  küçələrində mərkəzi kanalizasiya xətləri yüksək təzyiqli maşınla yuyulmuş, quyular təmizlənmiş və təmir işləri aparılmışdır. Heydər Əliyev prospektində, Səməd Vurğun, Etibar İsmayılov və İsmət Qayıbov küçələrində olan artezian quyularının nasosları təmir olunmuş, əhaliyə yeni su xətləri çəkilmiş və yeni sayğaclar quraşdırılmışdır. Hazırda Şıxəli Qurbanov küçəsində yeni mərkəzi su xətlərinin çəkilişinə başlanılmış, yaxın günlərdə krantlaşma işləri aparılaraq 135 abonent içməli su ilə təmin ediləcəkdir.

 

    2015-ci ildə Ağcabədi şəhər  Yaşıllaşdırma  sahəsi tərəfindən şəhərin prospekt və küçələrində yaşıllaşdırma  işlərinin aparılması və mövcud yaşıllıqların qorunması ilə əlaqədar xeyli işlər  görülmüşdür. Belə ki, Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, Nəsimi, Xəlfərəddin, Nəriman Nərimanov, Səməd Vurğun, Hüsü Hacıyev, Füzuli, Rasim Tağıyev, Xan Şuşinski, Eldəniz Sadıqov, İsmət Qayıbov, Qarabağ, Həzi Aslanov, Tofiq İsmayılov, Faiq Əlizadə, Namiq Abdullayev, Şamil Cəmşidov, Sadiq Hüseynov, Əlnağı Bünyadov, Kamil Nəsibov, Şah İsmayıl Xətai, Mütəllim Mütəllimov və 20 yanvar küçələrində 2723 ədəd sərv, 28 ədəd tuya ağacları, 900 ədəd evonos kolu, 16.580 ədəd gül və çiçək kolları əkilmişdir. İl ərzində şəhərin prospekt və küçələrində suvarma və ağacların budama işləri aparılmışdır.

 

     2015-ci il ərzində Yaşıllaşdırma sahəsi tərəfindən 1,20 ha sahədə müxtəlif ağacların şitilləri əkilmiş, ağac, gül və çiçək toxumları səpilmişdir. Lakin idarə tərəfindən bütün küçələrdə yaşıllıqların salınması və qorunması eyni səviyyədə aparılmır. Yeni əkilmiş ağacların, salınmış yaşıllıqların, gül və çiçək kollarının suvarılması işində müəyyən nöqsanlara da yol verilir.

    Biz ərazidəki təşkilatların gücündən daha səmərəli istifadə etməklə möhtərəm Prezidentimizin və rayon rəhbərliyinin yeni yaşıllıqların salınması və mövcud yaşıllıqların qorunub saxlanılmasında qarşıya qoyduğu vəzifələri məsuliyyətlə yerinə yetirməliyik.

   Ağcabədi  bələdiyyəsinin ehtiyyat fond torpaqları 6.007 hektar, perspektiv inkişaf fond torpaqları 18 hektardır. Hesabat ilində torpaq mülkiyətçiləri tərəfindən 526 hektar buğda, 362 hektar arpa, 139 hektar pambıq, 4.626 hektar yonca əkilmişdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli 1907 saylı sərəncamının, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarının icrasını təmin etmək üçün hesabat ilində 1264 nəfər torpaq mülkiyyətçilərinə dövlət tərəfindən 5.653 hektar əkin üçün 282.695 manat subsidiya verilmişdir. Əkin sahələrinə dövlət tərəfindən verilən subsidiyalarla bağlı nümayəndəlikdə yaradılmış 5 nəfərdən ibarət komissiya üzvləri tərəfindən əkin sahələrinə baxış keçirilmiş, əkin sahələrinin uçotunun aparılmasında dəqiqlik və şəffaflıq təmin edilmişdir.

 

    Respublikamızda  təhsilin inkişafına, təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu sahədə xeyli işlər görülmüşdür. 2015-ci  ildə  şəhər məktəblərində cari təmir işləri aparılmış, onların maddi texniki bazasının möhkəmləndirilməsi üçün əməli tədbirlər həyata keçirilmiş, şəhər ümumtəhsil məktəblərinin isitmə sisteminin təbii  qazla işləməsi təmin edilmişdir.

 

   2015-ci ildə şəhər məktəbləri üzrə respublikanın müxtəlif ali məktəblərinə 139 nəfər şagird qəbul olmuşdur ki, bu da 2014-cü illə müqaisədə 9 nəfər çoxdur. Bunlardan 1 saylı tam orta məktəbdən 16 nəfər, 2 saylı tam orta məktəbdən 11 nəfər,  3 sayl şəhər məktəb-liseydən 23 nəfər, 4 saylı tam orta məktəbdən 9 nəfər,  5 saylı tam orta məktəbdən 7 nəfər,  6 saylı tam orta məktəbdən 3 nəfər, 7 saylı  tam orta məktəbdən 10 nəfər, 8 saylı tam orta məktəbdən 9 nəfər, 9 saylı tam orta məktəbdən 23 nəfər, 11 saylı tam orta məktəbdən 19 nəfər və 12 saylı tam orta məktəbdən 9 nəfər şagird ali məktəblərə qəbul olmuşdur.

   Şəhər 7 saylı tam orta məktəbin məzunu Rüstəmzadə Hidayət Çingiz oğlu 653 balla Azərbaycan Tibb Universitetinə, şəhər 11 saylı tam orta məktəbin məzunu Həsənova Maral Əsgər qızı 620 balla Azərbaycan Müəllimlər İnstitutuna, şəhər 3 saylı məktəb-liseyin məzunu Museyibzadə Məhəmməd Rizvan oğlu 618 balla Azərbaycan Tibb Universitetinə daxil olmuşlar.

 

    Bu ilki qəbulda  şəhər 2, 6 və 8 saylı tam orta məktəblərin məzunları ali məktəblərə qəbulda azlıq təşkil etmişdir.   

   05 oktyabr “Beynəlxalq müəllimlər günü” münasibətilə şəhər 11 saylı tam orta məktəbin müəllimi Mirzəliyeva Həqiqət  Mirzəli qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 oktyabr 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

    Şəhərdə 8 uşaq bağçası fəaliyyət göstərir. 2015-ci ildə şəhər uşaq bağçaları zəruri inventar və avadanlıqlarla təmin edilmiş, qarşıya qoyulmuş vəzifələri həyata keçirmələri üçün lazımi şərait yaradılmışdır. Lakin uşaq bağçaları fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilmədiyi üçün uşaqların bağçaya cəlb olunması, təlim-tərbiyəsi və məktəbə hazırlanması sahəsində çatışmazlıqlar da olmuşdur.

 

    2015-ci il ərizində şəhər idmançıları 138 ədəd medal və  diplomlara  layiq  görülmüşlər  ki, bu  medalların  da  55 ədədi 1-ci yer, 39 ədədi  2-ci yer, 44 ədədi 3-cü yer  təşkil  edir.

     01-03 may 2015-ci il tarixlərdə Gürcüstan  Respublikasının Tbilisi şəhərində keçirilən Karate-do üzrə 6-cı Dünya çempionatında rayon karate-do bölməsinin yetirməsi Cəfərov Əli  Raquf oğlu  3-cü yerə, 27 aprel-04 may 2015 ci il tarixlərdə Türkiyə Respublikasının Antalya şəhərində  keçirilən Kempo üzrə  Dünya  çempionatında  Əhmədov  Rahib  Mirəli  oğlu  3-cü yerə, 10-11 fevral 2015-ci il tarixlərdə isə Türkiyə Respublikasının Antalya  şəhərində küçirilən taekvon-do üzrə klublararası Avropa çempionatında Əkbərova  Minayə Tapdıq  qızı 3-cü yerə  layiq  görülmüşlər.

    2015-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik şəhər əhalisini narahat edən məsələlərlə əlaqədar onların ərizə, şikayət və təkliflərinə diqqət və qayğı ilə yanaşmağa çalışmışdır.

 2015-ci ildə şəhər əhalisi tərəfindən şəhər inzibati ərazi dairəsi üzrə  nümayəndəliyə 169 ədəd yazılı,  1275 ədəd şifahi müraciət olmuş, ayrı-ayrı təşkilatlardan 114 ədəd müxtəlif məzmunlu məktublar daxil olmuşdur. Müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxılmış, həlli nümayəndəliyin səlahiyyətləri xaricində olan müraciətlərlə bağlı əlaqədar təşkilatlar qarşısında  məsələ qaldırılmışdır.

    RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən aztəminatlı ailələrə və kimsəsizlərə diqqət və qayğı göstərilməklə onlara maddi yardımlar olunmuşdur.

   Hesabat ilində ünvanlı sosial yardımla əlaqədar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət etmiş vətəndaşlara  lazımi sənədlər verilmiş, 360 ailəyə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ünvanlı sosial yardım təyin edilmişdir.

 

Rayon İcra Hakimiyyətinə olunmuş  müraciətlər əsasında Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsi tərəfindən Ağcabədi şəhər ərazisində olan Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə son 10 ildə 516 müraciət əsasında 53.990 manat maddi yardım edilmişdir.

   Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksədilməsini həmişə diqqət mərkəzində saxlayır. Keçən il şəhərdən çağırış yaşlı 165 nəfər gənc həqiqi hərbi xidmətə göndərilmiş, həqiqi hərbi xidmətdən yayınma halları olmamışdır.

 

 Nümayəndəlikdən maliyyələşən təşkilatlar tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrə Yardım Fonduna 2015-ci ildə 22.750 manat olmaqla, 2010-cu ilin aprel ayından cəmi 98.760 manat könüllü olaraq vəsait köçürülmüşdür.

Yeni Azərbaycan Partiyasının şəhər ərazisində 56 ərazi ilk təşkilatında 5557 nəfər üzv vardır. Onlardan  2946 nəfəri qadınlar, 2632 nəfərini gənclər təşkil edir. 2015-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 414 nəfər qəbul olunmuşdur ki, onlardan 281 nəfəri qadınlar, 227 nəfəri gənclərdir.

   Şəhər ərazisində 850 ailə, 3300 nəfər məcburi köçkün məskunlaşmışdır. Nümayəndəlik onlarla əlaqə saxlayır, problemləri ilə maraqlanır və onları vaxtında aradan qaldırmağa çalışır. Bundan əlavə əlamətdar günlərdə, bayramlarda məcburi köçkün ailələrinə maddi yardımlar göstərilir.    

2015-ci ildə görülmüş işlərlə bərabər nümayəndəliyin fəaliyyyətində əhalinin müraciətlərinin dinlənilməsi, qəbulunun təşkili, mövcud problemlərlə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılması sahələrində nöqsanlar da olmuşdur. Salınan yaşıllıqların, əkilən ağacların becərilməsi və qorunub saxlanılması üçün əlaqədar təşkilatlarla əlaqələrimiz zəifdir. Ərazidəki idarə və təşkilatlarla əlaqəmiz zəif olduğundan onların işinə nəzarət sahəsində də müəyyən nöqsanlar vardır.

 

     Cənab Başçı,

 

    Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sizi əmin edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı qanun, fərman və sərəncamlardan irəli gələn vəzifələrin və rayon rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi üçün 2016-cı ildə daha da məsuliyyətlə çalışacaqdır.

   Diqqətinizə görə minnətdaram.

 

        RİHB-nın Ağcabədi şəhər inzibati

     ərazi dairəsi üzrə nümayəndəsi                              A.Əliyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

              Rayon  İcra  Hakimiyyəti  Başçısının   Ağcabədi  şəhər  inzibati

             ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyevin 2015-ci ilin yekunları

        və   2016-cı  ildə  qarşıda  duran  vəzifələrlə  əlaqədar  hesabat   

        məruzəsini,  məruzə  ətrafında  çıxışları və  təklifləri  dinləyərək    

         yığıncaq

 

                                        Qərara  alır :

 

1. Rayon İcra Hakimiyyəti Başçısının  Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2015-ci ilin yekunları ilə əlaqədar görülmüş işlər barədə hesabatı qənaətbəxş hesab edilsin.

 

2. Tapşırılsın rayon İcra Hakimiyyəti Başçısının  şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılması işini “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qursunlar.

 

    3. Tapşırılsın şəhər ümumtəhsil məktəblərinin rəhbərlərinə tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin dərsə davamiyyətinə nəzarəti gücləndirməklə ali məktəblərə qəbulun artırılmasına nail olsunlar.

 

 

4. Tapşırılsın Ağcabədi şəhər Yaşıllaşdırma sahəsinin rəisi Asəf Quliyevə şəhərin yeni təmir olunmuş küçələrində yaşıllıqların salınması və mövcud yaşıllıqların qorunmasını təmin etsin.

 

5. Tapşırılsın Kommunal Xidməti və Mənzil İstismar idarəsinin rəisi Əliabbas Şükürova şəhərdə fiziki və hüquqi şəxslərlə məişət tullantılarının götürülməsinə dair  müqavilələr bağlamaqla, şəhərin prospekt və küçələrinin təmizliyini daim nəzarətdə saxlasın və mövcud problemlərin aradan qaldırılmasını təmin etsin.

 

    6. Tapşırılsın rayon İcra Hakimiyyəti Başçısının  şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərazidə yaşayan aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkünlərə qayğını daim diqqət mərkəzində saxlasın.

 

7. Ağcabədi bələdiyyəsinə tövsiyə edilsin ki,  vergilərin və icarə haqqlarının vaxtında toplanmasını təmin etməklə, bələdiyyə ərazisində olan dövlət qurumları və Qeyri Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərərəkHökumət HH yerli əhəmiyyətli sosial problemlərin həlli istiqamətindəki  fəaliyyətlərini  genişləndirsinlər.  

 

    8. Tapşırılsın rayon İcra Hakimiyyəti Başçısının  şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə  şəhərdə aparılan tikintilərin “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə həyata keçirilməsinə nəzarəti artırsınlar.

 

   9. Tapşırılsın rayon İcra Hakimiyyəti Başçısının  şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şəhər bələdiyyəsi, polis sahə müvəkkilləri və əlaqədar təşkilatlarla birlikdə qanunla qadağan olunmuş yerlərdə küçə ticarətinin aparılmasına və süni qiymət artımana qarşı mübarizə tədbirlərini gücləndirsinlər.

 

    10. Tapşırılsın rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hesabat yığıncağında deyilmiş təklif və tənqidi qeydlərlə əlaqədar Tədbirlər planı hazırlayaraq həyata keçirilməsini təmin etsinlər. 

 

    11. Qərarın icrasına nəzarət rayon İcra Hakimiyyəti Başçısının  Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırılsın.

 

 

 

 

 

 

 

 

 

 

 

 

     Ağcabədi  Rayon  İcra  Hakimiyyəti  Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2015-ci ilin yekunları və qarşıda duran vəzifələr barədə  28 yanvar  2016-cı  il tarixli hesabat  yığıncağının

 

G Ü N D Ə L İ Y İ

 

Cənab Başçı, hörmətli yığıncaq iştirakçıları, xanımlar və cənablar !

 

   Bu gün Ağcabədi  Rayon  İcra  Hakimiyyəti  Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi nümayəndəsinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilir.

 

    Yığıncağa hüquq-mühafizə orqanlarının, rayon İcra Hakimiyyəti Başçısı aparatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər məktəblərinin direktorları, şəhər uşaq bağçalarının müdirləri, fermer və sahibkarlar, şəhər ağsaqqalları, şəhərin YAP ərazi ilk təşkilatlarının sədrləri, YAP fəalları və ictimaiyyətin nümayəndələri dəvət olunmuşlar.

 

Yığıncağın işində  Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı, YAP siyasi Şurasının üzvü cənab Şahin Məmmədov iştirak edir.

Yığıncağı aparmaq üçün yığıncağa sədr və katib  seçilməlidir

Nə kimi təklif var ?

 (yerdən təklif verilir)

 

________________________________təklif etdi ki, yığıncağın sədri    _________________________________   seçilsin.

 

Əlavə olaraq yerdən___________________________ təklif edir ki,

 

_____________________________________yığıncağın katibi seçilsin.

 

Təklif səsə qoyulur :

 

Kim______________________________________yığıncağın sədri,

 

      ______________________________________yığıncağın katibi

 

seçilməsinə tərəfdardırsa xahiş edirəm münasibətini bildirsin

 

Lehinə             - nəfər

     Əleyhinə          -

     Bitərəf   qalan  -

    Təklif qəbul olunur.

 

 Xahiş edirəm yığıncağın sədri  və katibi yerlərini tutsunlar.

 

 

Yığıncağın sədri:   Hörmətli yığıncaq iştirakçıları !  Bu günkü yığıncağın

gündəliyində 2 məsələ durur.

 

           GÜNDƏLİK MƏSƏLƏ :

 

1. Ağcabədi Rayon Icra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr  barədə hesabatı

 

2. Ağcabədi Rayon Icra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2016-cı il üçün  iş planının təsdiq edilməsi barədə

 

Kim gündəliyin yuxarıda göstərilən qaydada təsdiq olunmasının tərəfdarıdırsa  münasibətini bildirsin.

 

Etiraz edən ?

 

Bitərəf qalan ? 

 

Gündəlik təsdiq olunur.

 

Biz yığıncağın reqlamentini müəyyən etməliyik.

 

Təklif var ki, məruzə üçün 20 dəqiqə, çıxış üçün 5 dəqiqə,  arayışlar üçün    3 dəqiqəyədək vaxt müəyyən edilsin.

 

Təklif qəbul edilir.

 

Məruzə üçün söz Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Aqil Əliyevə verilir.

 

Kimin məruzəçiyə sualı var ?

 

Əgər sual verilirsə məruzəçi sualları cavablandırır.

 

Məruzə ətrafında çıxışlara başlanılır.

 

1. Çıxış üçün söz Ağcabədi rayonu üzrə Maliyyə idarəsinin rəisi Raci Səfərova verilir 

 

2. Hazırlaşsın Ağcabədi bələdiyyəsinin sədri Qaraxan Cəfərov     

 

     3. Şəhər 9 saylı məktəbin direktoru  Leyli Kərimova

                               

     4. Kommunal Xidməti və Mənzil İstismar idarəsinin baş mühənsdisi Cəbrayıl Cəbrayılov

                                                   

5. Şəhər 4 saylı uşaq bağçası-körpələr evinin müdiri Elnarə Fətullayeva

 

6. Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının müəllimi Tahir Kərimli                                                 

                                    

Yığıncağın sədri : Bildirir ki,  məruzə ətrafında  6 nəfər çıxış edib. Əlavə çıxış etmək istəyən varmı ? Əgər əlavə çıxış etmək istəyən və ya yerdən  təkliflə çıxış etmək istəyən varsa, onlara söz verilir.

 

1. Çıxış üçün söz Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədova verilir

 

Yığıncağın sədri : Hörmətli yığıncaq iştirakçıları ! Məruzə ətrafında çıxış edənlərdən də Ağcabədi Rayon Icra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin bir illik fəaliyyətinə  qiymət verilməsini təklif edənlər oldu, sizin nə kimi təklifiniz var ?

 

Yerdən təkliflər verilir.

 

Yığıncağın sədri :  Bu günkü yığıncaqda hesabat məruzəsi və məruzə ətrafındakı çıxışlarla əlaqədar qərar hazırlanmışdır.

 

Qərarı oxumaq üçün söz Sadiq Əliyevə verilir.

 

Qərar əsasən səsə qoyulur :

 

Lehinə            -  nəfər

 

Əleyhinə        -

 

Bitərəf   qalan -

 

Qərara əlavəsi olan varmı ?

 

Yoxdur.

Əgər əlavəsi olan varsa, əlavələrlə birlikdə səsə qoyulur.

 

Qərar qəbul olunur.

 

Yığıncağın sədri : Gündəlikdə duran 2-ci məsələnin müzakirəsinə keçirik.

 

2.Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2016-cı il üçün  iş planının təsdiq edilməsi barədə

 

Yığıncağın sədri iş planında nəzərdə tutulan məsələlərlə yığıncaq iştirakçılarını tanış edir və təsdiq olunması üçün öz münasibətlərini bildirmələrini xahiş edir.

 

İş planının təsdiqi səsə qoyulur

 

Lehinə            -    nəfər

 

Əleyhinə        -

 

Bitərəf   qalan -

 

İş planı təsdiq edilir.

 

     Bununla da yığıncaq  öz işini başa çatdırır.

 

                       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər