Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilmişdir.

25 yanvar 2016 | 11:00

24 yanvar 2016-cı il  tarixdə  Ağcabədi  rayonunda  süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası  keçirilmişdir.Yarmarka səhər saat 08:00 –dan  günorta saat 14:00 –a  kimi davam etmişdir.
   Yarmarkaya bütün rayon əhalisinin cəlb edilməsi üçün elanlar və təbliğat işləri aparılmışdır.Yarmarkada  mal ətinin kq 4 manat,  qoyun ətinin kq 5 manat olmaqla 5150 kq ət məhsulu, 50 kq un kisəsi 21 manat,10 kq un unun kisəsi 4,50 manat olmaqla 50 ton un, 1 ədədi 10 qəpik olmaqla 20000 ədəd yumurta, 1 kq 60 qəpik olmaqla 10 ton kartof və 1 kq 20 qəpik olmaqla 15 ton taxıl məhsulları satılmışdır.Atena süd emalı zavodu  tərəfindən isə 350 kq yağı, 2 ton süd məhsulları 50 % endirimlə satılmışdır. Bundan əlavə, digər 50 t kənd təsərrüfatı ( meyvə, tərəvəz) məhsulları 20-25% dəyərindən aşağı salınmışdır.
    Yarmarkada  Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov  da iştirak etmişdir.   
    Rayon əhalisi onlar üçün təşkil olunan bu yarmarkaya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər ki, bütün lazım olan  kənd təsərrüfatı və ərzaq məhsullarını bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib, süfrələrini daha da zənginləşdirəcəklər.
    Yarmarkada 10 min nəfərdən artıq  rayon əhalisi   iştirak etmişdir .

Keçidlər