Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Qanla qazanılmış azadlıq” adlı tədbir keçirilmişdir.

18 yanvar 2016 | 11:00

18 Yanvar 2016-cı il tarixində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini özündə əks etdirən “Azadlığa gedən yol” adlı  sərgi ilə tanış oldular.
   Daha sonra tədbir iştirakçıları tərəfindən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
   Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra tədbirin ikinci hissəsini açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva Azərbaycan xalqının  azadlıq uğrunda apardığı mübarizələr haqqında qısa məlumat verərək  qan bahasına əldə etdiyimiz müstəqillyin qorunmasında hər bir vətəndaşın, xüsusilə təbliğat işində ziyalıların çiyninə çox böyük vəzifə düşdüyünü bildirdi.
   Sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərova “Milli qürur günümüz “ adlı məruzə ilə çıxış etdi.
  Daha sonra məruzə ətrafında çıxışlara başlanıldı. Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, İcra hakimiyyətinin nümayəndəsi Təyyar Hacıyev, Tarix–diyarşünaslıq muzeyinin müdiri Nərminə Əkbərova, şəhər 5 saylı tam orta məktəbinin direktoru Solmaz Rəhimova, şəhər 1 saylı tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuridə Həsənova, Ağcabədi Pedoqoji Kollecinin tələbəsi Şamama Qəhrəmanova çıxış edərək 1990-cı ilin yanvarında respublikamızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdığını bildirdilər. Çıxışçılar məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini, faciənin dünya ictimaiyyətinə doğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında Dahi Liderin atdığı addımların mühüm rol oynadığını vurğuladılar.
   Sonda  20 Yanvar hadisələrindən bəhs edən  film nümayiş etdirildi.

Keçidlər