Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaranması qeyd olunmuşdur.

18 yanvar 2016 | 11:00

15 yanvar 2016- cı il tarixdə  Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaranmasının 21- ci ildönümü münasibəti ilə Ağcabədi rayonunun Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önündə tədbir  keçirilmişdir. Tədbirdə   Ağcabədi rayon  İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü  Şahin Məmmədov, YAP Ağcabədi rayon təşkilatının sədri  Rövşən Əhmədov və digər YAP fəalları iştirak etmişdir.Tədbir iştirakçıları Heydər  Əliyev  meydanında Ulu Öndərin abidəsi önünə  tər  çiçəklər düzərək,  onun əziz xatirəsini ehtiramla  yad  etdilər.
   Ağcabədi rayon  İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü  Şahin Məmmədov çıxış edərək tədbir iştirakçılarını və bütün siyasi həmfikirləri Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaranmasının 21- ci ildönümü münasibəti ilə təbrik etdi və  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün  öz sıralarında 680 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının  ölkəmizdə xalqa söykənən ən böyük siyasi bir qüvvə olduğunu vurğuladı.
Natiq YAP Ağcabədi rayon təşkilatının yaranma tarixindən, keçdiyi siyasi yoldan,  mübarizələrdə mətinləşən təşkilat kimi rayonun, o cümlədən  ölkənin ictimai-siyasi həyatında oynadığı roldan danışdı. Bununla yanaşı çıxışının sonunda rayon rəhbəri qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin  dünyada iqtisadi cəhəddən inkişaf etmiş,  beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, Azərbaycanın əhalinin maddi rifah halının yüksəldiyi, siyasi sabitliyin və tolerantlığın bərqərar olduğu, hüquqi və dünyəvi bir dövlətə çevrildiyini qeyd edərək, ictimai-siyasi sabitliyi qorumaq üçün əsl vətəndaş  mövqeyi nümayiş etdirərək kənar müdaxilələrə qarşı sayıq olmağı tövsiyyə etdi.

Keçidlər