Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 26 Fevral – Xocalı Soyqırımının 21 – ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

27 fevral 2013 | 11:00

26 fevral  2013-cü il tarixdə Ağcabədi rayonu  Şəhidlər  Xiyabanında və Y.Məmmədov adına Rayon Mədəniyyət Evində  26  Fevral – Xocalı Soyqırımının 21 –ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
   Tədbirdə 6200  nəfər rayon sakini iştirak etmişdir.
   Əvvəlcə Şəhidlər Xiyabanında Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər çiçək dəstələri düzmüşlər.
Tədbir  Y.Məmmədov adına Rayon Mədəniyyət Evində  davam etmişdir.
Tədbiri Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı  cənab Şahin Məmmədov açaraq çıxış etmiş və bildirmişdir ki, 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366 – cı motoatıcı  alayı tərəfindən dinc, günahsız  insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri  törədilmişdir. Bunun nəticəsində  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı Soyqırımı   tarixin verdiyi ibrət dərsi kimi daima qan yaddaşdaşımızda qalacaq və gələcək nəsilləri zaman – zaman düşündürəcəkdir.
    Cənab Şahin Məmmədov daha sonra çıxışında  bildirmişdir ki, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən  həyata keçirilən düşünülmüş və  məntiqli siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik, xocalılar öz doğma yurd – yuvalarına qayıdacaq və cəzasız qalmış cinayətkarlar layiqli cavablarını alacaqdır. Sonda rayon rəhbəri erməni qatillərinin qurbanı olan bütün şəhidlərə Tanrıdan rəhmət dilədi.
     Tədbirin sonunda Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi musiqi kollektivi  Rayon Mədəniyyət evi ilə  birlikdə və şəhər 11 saylı tam orta məktəbinin şagirdlərinin iştirakı ilə   hazırlanan  ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
      Sonda səhnəyə Azərbaycan  Respublikasının üçrəngli Dövlət Bayrağı gətirildi.

Keçidlər