Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda bayram şənlikləri keçirilmişdir.

01 yanvar 2016 | 11:00

01 yanvar 2016- cı il tarixində saat 10:00 –da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin kollektivinin şəhər 1,5,7,12 saylı tam orta məktəblərin şagirdləri üçün hazırladıqları bayram şənlikləri keçirilmişdir.
   Bayram şənliklərində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya uğrunda birləşdirmişdir. Əminliklə demək olar ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin olmaları ilə qürur duyur və sahibi olduqları ölkəninin inkişafı üçün bütün addımları atır. Bunun nəticəsində də Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsini qeyd etmişdir.
   Sonda natiq uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmiş, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdır.
   Daha sonra hazırlanan bayram şənlikləri böyük coşqu ilə davam etdirilmiş və Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin müəllimələri Nərgiz Babayeva və Gülşən Səfərovanın hazırladıqları,85 nəfər balaca fidanın iştirakı ilə “QIŞ NAĞILI” adlanan  konsert proqramında  Yeni İlə həsr olunmuş mahnılar, şerlər   uşaqların böyük marağına və sevincinə səbəb olmuşdur.
   Tədbirdə  “Şaxta baba” və “ Qar qız “   qonaqları salamlamış, onlara 2016-ci il meymun ilində can sağlığı arzulayaraq, uşaqla yeni il hədiyyələri paylamış və bayramlarını təbrik  etmişlər.

Keçidlər