Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir.

30 dekabr 2015 | 11:00

30 dekabr 2015- ci il tarixdə saat 15:00 –da Ağcabədi rayon Y.Məmmədov adına Rayon Mədəniyyət Mərkəzində  “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş Ümumrayon tədbiri keçirilmişdir.
    Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Naibə Mustafayeva çıxış edərək, “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və qarşıdan gələn Yeni il  münasibəti ilə bütün rayon ictimaiyyətini rayon rəhbərliyi adından təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafında, qorunmasında hər zaman vətənə layiqli vətəndaş olmağı və gözəl günlər görməyi  arzuladı. O, qeyd etdi ki, “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.  .
     Tədbir rayonun musiqi kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.
   Tədbirdə 350 nəfər iştirak etmişdir.

Keçidlər