Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə bayram ərəfəsində satış-yarmarka keçirilmişdir.

30 dekabr 2015 | 11:00

Yeni il və  31 dekabr- Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı ərəfəsində Ağcabədi şəhər Mərkəzi Stadionunun ərazisində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilmişdir. Səhər saatlarından başlayan yarmarkada qiymətlər bazarla müqayisədə 20-25 faiz ucuz olmuşdur.Rayon ərazisində fəaliyyət göstərən istehsal müəssisələri, fermerlər öz məhsullarını satışa çıxarmışlar. Həmişə olduğu kimi, alıcılar yenə də “Atena”nın, “BMS Aqro” südlük keçi və qoyun təsərrüfatının məhsullarına daha çox maraq göstərmişlər. Bayram bazarlığına çıxan rayon sakinləri satış-yarmarkanın xidmətindən razı qalmışlar.

Keçidlər