“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin körpələri Yeni ili böyük sevinclə ilə qarşıladılar.
Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi nəzdində fəliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı əvvəlcə mərkəzin fəaliyyəti barədə geniş məlumat vermiş,uşaqların inkişafı istiqamətində mərkəzdə aparılan işlərdən bəhs etmişdir.Sonra bütün körpələri bayram münasibəti ilə təbrik edərək,bu körpələrə dəstək üçün gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.Tədbirdə çıxış edən İcra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva,YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev,Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva,şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, şəhər 5 saylı tam orta məktəbin müəlliməsi Sevil Bayramova,Salmanbəyli kənd tam orta məktəbin müəlliməsi Şəhanə Bədəlova hər iki bayram münasibəti ilə körpələri təbrik edərək,mərkəzin fəaliyyətini yüksək dəyərləndirib,inklüziv təhsil sahəsində dəyərli töhfələr verdiyini qeyd ediblər. Yeni ilin simvolu Şaxta baba və Qarqızın gəlişi uşaqların böyük sevincinə səbəb olmuşdur.Daha sonra mərkəzin balaca fidanlarının və şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin ifasında maraqlı musiqi nömrələri və səhnəciklər nümayiş etdirilmişdir.