Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon “N” saylı hərbi hissəsində Yeni il və 31-dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibəti ilə bayram konserti təşkil edilmişdir.

30 dekabr 2015 | 11:00

29 dekabr 2015-ci il tarixdə Ağcabədi rayon “N”  saylı hərbi hissəsində Yeni il və 31-dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibəti ilə bayram konserti təşkil edilmişdir. Bayram konserti Ağcabədi rayon İcra Hakimiyyəti,  Qarabağ Muğam Mərkəzi  Heydər Əliyev Mərkəzi və YAP Ağcabədi rayon təşkilatının  təşkilatçılığı ilə həyata keçirilmişdir. Öncə əsgərləri  və qonaqları salamlayan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva onlara xoş arzularını bildirdi.  Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti  Musa hərbiçilərə öz bayram təbriklərini çatdırdı. Daha sonra Heydər Əliyev Mərkəzinin hərbiçilər arasında keçirdiyi ,Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu sərkərdə, Ulu Öndər “ adlı  məqalə müsabiqəsinin qalibləri  Qasımzadə Ülvi (I yer) ,  Abdullayev Nurullah (II yer)  və Əsgərov Anar (III yer) diplom və hədiyyələrlə təltif olundular.
  Bayram konserti ilə davam edən tədbir əsgərlərimizdə xoş əhval-ruhiyyə yaratdı.

Keçidlər