Ağcabədi Rayonu Şahmat Məktəbində Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri keçirilmişdir.
26 fevral 2013- cü il tarixdə saat 13 :00 – da Ağcabədi Rayonu Şahmat Məktəbində Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri keçirilmişdir.
Turnirdə respublikanın 30 rayonundan komandalar iştirak etmişdir.
Turnirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi “ Təhsil “ Respublika İdman Mərkəzinin direktor müavini,Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədov iştirak etmişdir.
Turnir iştirakçıları ilk öncə vətənin müdafiəsi uğrunda şəhid olmuş vətən oğullarının məzarlarını ziyarət edərək və onların məzarları üzərinə tər qərənfillər düzərək, Tanrıdan onlara rəhmət diləmişlər.
Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq çıxış etmiş və bildirmişdir ki, 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366 – cı motoatıcı alayı tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədilmişdir.
Yekunda natiq bildirdi ki, 21 ildir ki, ədaləti bərpa olunmayan bu faciə Ali Baş Komandanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacaq, bu faciənin bilavasitə iştirakçıları dünyanın qınaq obyektinə məruz qalacaqdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi “ Təhsil “ Respublika İdman Mərkəzinin direktor müavini,Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədov çıxış edərək, bildirdi ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Daha sonra şagirdlər hazırladığı ədəbi –bədii kompozisiya ilə çıxış etdilər.
Yekunda Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri açıq elan olundu.
Tədbirdə 170 nəfər iştirak etmişdir.