Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilmişdir

22 dekabr 2015 | 11:00

22 dekabr 2015-ci il tarixdə Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilmişdir. Tədbir Günərzi Qayğı Mərkəzi ilə birgə həyata keçirilmişdir. Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva qonaqları qarşıdan gələn yeni il və həmrəylik günü münasibətilə təbrik etmiş və bildirmişdir ki, bu kimi tədbirlər davamlı olacaqdır. Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Gündüz Sevindik , Günərzi Qayğı Mərkəzinin  direktoru Aytən Abışova çıxış edərək  balacalara uğurlar arzuladılar.Daha sonra  Günərzi Qayğı Mərkəzinin şagirdlərinin ifasında şeir və rəqs nömrələri canlandırıldı. Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında səslənən “Həyati rəqs” qonaqlarda xoş təəssürat yaratdı.Tədbirin sonunda Günərzi Qayğı Mərkəzinin  şagirdlərinin 90-a yaxın əl işlərinin sərgisi təşkil edildi. Bir-birindən maraqlı əl işləri qonaqların böyük marağına səbəb oldu

Keçidlər