Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Pedoqoji Kollecində “Ələk” ədəbi məclisinin üzvləri ilə tələbələrin görüşü keçirilb.

18 dekabr 2015 | 11:00

17 dekabr 2015-ci il tarixdə Ağcabədi Pedaqoji Kollecində   “Ələk” ədəbi məclisinin üzvləri ilə tələbələrin görüşü  keçirildi. Kollecin rəhbəri Mirələm İbrahimli qonaqlar haqqında məlumat verdikdən sonra söz Ələk ədəbi məclisinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Gündüz Sevindiyə verildi. O, “Ələk” ədəbi məclisinin fəaliyyəti haqqında  tədbir iştirakçılarına ətraflı  məlumat verdi. Daha sonra  “Ələk”  ədəbi məclisinin rəhbəri, Azərbaycan  Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü  Məhsəti Musa  artıq 2 ildir fəaliyyət göstərən məclisin  uğurlarından söz açdı. Tədbirdə “Ələk” ədəbi məclisinin digər üzvləri tərəfindən söylənən  bir-birindən  maraqlı şeirlər tələbələrdə xoş ovqat yaratdı. Daha sonra tələbələr də öz ürək sözlərini , təəssüratlarını bölüşdülər.

Keçidlər