Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Günərzi Qayğı Mərkəzinin şagirdlərinə cizgi filmləri nümayiş etdirilib

16 dekabr 2015 | 11:00

16 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində  Ağcabədi Günərzi Qayğı Mərkəzinin şagirdlərinə cizgi filmləri nümayiş etdirildi. “Humayın yuxusu” və “Tıq-tıq xanımın nağılı” cizgi filmləri şagirdlərin böyük marağına səbəb oldu. Daha sonra balacalar şeirlər söylədilər, rəqs etdilər. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası ,onların bacarıqlarının  daha geniş auditoriya qarşısına çıxarılması üçün Günərzi Qayğı Mərkəzinə dəstək olaraq Heydər Əliyev Mərkəzində də  bu kimi tədbirlərin sayının artırılması nəzərdə tutulub.

Keçidlər