Ağcabədi Rayon Aran kənd sahə xəstəxanası əsaslı təmir edilmişdir.
15 dekabr 2015-ci il tarixdə Rayonun daxili imkanları hesabına əsaslı təmir olunmuş 15 çarpayılıq Aran kənd sahə xəstəxanasına əsaslı təmirdən sonra baxış keçirilmişdir
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov Azərbaycan həkimlərinə, eləcə də müxtəlif sahələrə göstərilən xüsusi diqqət və qayğıdan danışaraq, xoş fikirlərini , təəsüratlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdı.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək bildirmişdir ki,5 kəndin yerli əhalisinə və orada məskunlaşmış qaçqın və məcburi köçkünlərə daha da səmərəli tibbi xidmətlə təmin etmək məqsədi ilə xəstəxanada istilik və qida sistemi də yüksək səviyyədə təşkil olunmuşdur.Natiq onu da qeyd etmişdir ki,həkimlərin işi çox çətindir, çox ağırdır. Həm fiziki, həm də mənəvi cəhətdən insanlara kömək göstərib, onları sağaldırlar. Ona görə də şərait olmalıdır, bunu ən yüksək səviyyədə təşkil etmək lazımdır. İndi Azərbaycanın müxtəlif yerlərində gözəl xəstəxanalar tikilir, o cümlədən Ağcabədi rayonunda da. Sakinlərə də arzu edirəm ki, Yeni ildə hər şey yaxşı olsun, heç kim xəstələnməsin. Amma xəstələnəndə də, müalicə üçün imkanlar vardır.
Daha sonra çıxış edən kənd sakinləri yaratdığı şəraitə və göstərdiyi diqqətə görə Cənab Prezidentə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bilirdilər.