Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkün gənclərin iştirakı ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi

14 dekabr 2015 | 11:00

14 dekabr 2015-ci il tarixidə Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkün gənclər Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Əvvəlcə Heydər Əliyevin Ağcabədiyə səfərlərini əks etdirən sərgi ilə tanış oldular. Sərgidə Ulu Öndərin müxtəlif illərdə Ağcabədiyə səfərlərini əks etdirən fotoşəkillər, qəzet materialları, kitablar nümayiş etdirildi. Ekspozisiya zalında isə gənclərə eksponantlar əsasında Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi.
    Daha sonra “İdeal Gələcək”  Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqlarının artırılması” adlı layihə çərçivəsində tədbir həyata keçirildi. Layihə çərçivəsində gənclərə firmanın idarə edilməsi, marketinqin əsasları, kommersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı və biznesin planlaşdırılması kimi məsələlərlə bağlı ətraflı məlumat verildi.
     Bundan əlavə, gənclərə sahibkarlıq fəaliyyəti göstərmək üçün tələb olunan hüquqi-normativ sənədlər və inkişaf etmiş ölkələrin sahibkarlarının təcrübələri haqqında da geniş informasiya verilmişdir.

Keçidlər