Şriftin ölçüsü :

Saytın rəngi :

“Anım günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilir

11 dekabr 2015 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq Mərkəzə ekskursiyalar təşkil edilir. 11 dekabr 2015-ci ildə Müəllimlər İnstitutunun Ağcabədi rayon filialının tələbələri Heydər Əliyev Mərkəzində  oldular. Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edən  tələbələr önünə tər - çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər. Daha sonra Mərkəzdə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında tələbələrə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş məlumat verildi. Əbədiyaşar Liderimiz Heydər Əliyev haqqında ətraflı məlumatlarla tanış olan tələbələr daha sonra Ulu öndərə həsr olunmuş sənədli film izlədilər.

Keçidlər