Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.

14 dekabr 2015 | 11:00

Dekabr ayının 10-da  YAP Ağcabədi rayon təşkilatı Ümummilli  Lider  Heydər Əliyevin vəfatının 12-ci ildönümü  münasibətilə anım  tədbiri keçirmişdir.
  Tədbir iştirakçıları əvvəlcə  Heydər  Əliyev  meydanına  gələrək Ulu Öndərin abidəsi önünə  tər  çiçəklər düzərək,  onun əziz xatirəsini ehtiramla  yad  etdilər.
  Tədbir YAP Ağcabədi rayon təşkilatının  iclas  zalında  davam etdi.
    YAP Ağcabədi rayon təşkilatının sədri  Rövşən Əhmədov tədbiri açmış, Ulu  Öndərin  əziz xatirəsi  1 dəqiqəlik  sükutla  yad  edilmişdir.
  Rövşən Əhmədov  çıxışında Heydər  Əliyevin həyatı və əmək fəaliyyəti, Azərbaycan xalqı  qarşısında  misilsiz  xidmətləri  barədə  məlumat  verdi.
  Natiq qeyd etdi ki, Heydər  Əliyev  bütün ömrü  boyu  Azərbaycan xalqına sədaqətlə xidmət etmiş  dahi bir  şəxsiyyət olmuşdur. İstər  Sovetlər dönəmində, istər sə də  Azərbaycan xalqının təkidi ilə Dövlətçiliyimizin və xalqımızın ağır dövründə ikinci dəfə  hakimiyyətə qayıtdıqdan sonra  xalqını və millətini  sevən bir  Lider, uzaqgörən siyasətçi kimi O, Azərbaycanı çətin  durumdan çıxararaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır.
  Ümummili Lider siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq  hafizəsi, geniş  dünyagörüşü, polad  iradəsi, qətiyyətli və uzaqgörənliyi ilə dünya siyasətinə təsir etmək qabiliyyətinə malik  bir şəxsiyyət olduğunu sübut etdi.
  Məhz  bu keyfiyyətlərinə görə  xalqımız Ulu Öndəri daim  minnətdarlıq  hissi ilə xatırlayır və  onun əziz xatirəsini uca tutur.
  YAP Ağcabədi rayon təşkilatı Ulu Öndərin xatirəsini əziz  tutaraq  iki  il öncə hər il bütün ilk təşkilatlar onun anadan olmasının ildönümünün  sayı qədər ağac əkmək  təşəbbüsü irəli sürmüşdür. Bu müddət ərzində təşəbbüsə qoşulan ilk təşkilatlar tərəfindən  22 mindən çox həmişəyaşıl ağac əkilmişdir.
  Ümummilli Lider  Heydər  Əliyevin ideyaları bu gün  onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün xalqımız  cənab İlham Əliyevin rəhbərliyi ilə  Respublikamız  həm iqtisadiyyat sahəsində, həm  mədəni quruculuq sahəsində böyük uğurlar qazanmış,  Ölkəmiz Beynəlxalq aləmdə tanınmış, nüfuzu artmışdır. Azərbaycan  BMT-nin qeyri daimi üzv seçilmiş, Ölkəmiz 1-ci Avropa oyunları kimi möhtəşəm idman oyunlarına ev sahibliyi etmişdirdir.
  Tədbirdə YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü  Nərminə Əkbərova,  Ağcabədi rayon ziyalılar cəmiyyətinin sədri Əlizadə Nəcəfov çıxış edərək qeyd etdilər ki,  bu gün ölkəmiz  Heydər Əliyev siyasətinin ideyaları ilə yeni uğurlara  imza atır. Onun başladığı siyasi kurs dövlət  müstəqilliyimizin  qorunub saxlanması və möhkəmlənməsi, Azərbaycanın  Beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə uğur qazanmaq  üçün stimul olmuşdur. Məhz bu xidmətlərinə görə zalqımız bu müdrik insanı heç vaxt unutmayacaqdır.
  Tədbirin sonunda  iştirakçılara  Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən film  nümayiş etdirildi.

Keçidlər