Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 26 Fevral – Xocalı Soyqırımının 21 – ci ildönümü münasibətilə AMİ -nin Ağcabədi filialında tədbir keçirilmişdir.

26 fevral 2013 | 11:00

25  fevral 2012-ci il tarixdə Ağcabədi rayonu AMİ -nin Ağcabədi filialında 26 Fevral - Xocalı Soyqırımının 21 – ci ildönümü münasibətilə   tədbir  keçirilmişdir.              
   Tədbir iştirakçıları Xocalıda erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla  yad  etmişlər.
    Tədbirdə  AMİ -nin Ağcabədi filialının rektoru əvəzi Mətanət Fərzəliyeva çıxış edərək  fevral ayının 25 – dən   26 –na keçən gecə erməni vəhşilərinin  Xocalı şəhərində  dinc insanlara qarşı törətdiyi vəhşiliklərdən  ətraflı danışdı. Bununla yanaşı Mətanət Fərzəliyeva onu da qeyd etdi ki, tarix boyu ermənilər türkləri özlərinin düşməni hesab etmiş, öz məkrli planlarını həyata keçirmək üçün azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törətmişdir. İnanırıq ki, dünya ictimaiyyəti Xocalıda insanlara qarşı edilmiş terrora biganə qalmayacaq və bu hadisələrin baş verməsində günahkar olan  insan adını daşıyan terroristlər beynəlxalq aləmin qınaq obyektinə çevriləcək və cəzalarını alacaqdırlar.
        Tədbirdə 200  nəfər iştirak etmişdir.

Keçidlər