Ağcabədi Pedaqoji Kollecinde Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edildi.
10 dekabr 2015-ci il tarixində Ağcabədi Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva,GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Telmanqızı və Kollecin müəllim və tələbə kollektivi iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri Kollecin direktoru Mirələm İbrahimli açdıqdan sonra Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Kollecin müəllimi Şahin Rəhimov məruzə ilə çıxış edərək Heydər Əliyevin həyatı və əmək fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə məlumat verdi.
Daha sonra çıxış edən kollecin tələbələri Günel Əliyeva və Günay Əliyeva bir gənc olaraq ulu Öndərin gənclərə qarşı diqqət və qayğısından bəhs etdilər.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək Heydər Əliyev siyasəti nəticəsində əldə edilən uğurlardan bəhs edərək, gəncləri ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışdır.
Tədbirin sonunda kollecin tələbələrinin iştirakı ilə kompazisiya təqdim edilmiş və Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı film nümayiş etdirildi.