Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədinin Böyük Kəhrizli kəndi təbii qazla təmin olunub.

11 dekabr 2015 | 11:00

09.12.2015-ci il saat 12:00 –da Ağcabədi rayon Böyük Kəhrizli kəndində qaz açılışı olmuşdur .Qeyd edək ki , Böyük Kəhrizli kəndində 138 abonent vardır.  
    Açılış mərasimində Tərtər Regional Qaz İstismar idarəsinin    rəis müavini Rəfail Novruzov iştirak etmişdir.
     Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı  aparatının Memarlıq və tikinti  şöbəsinin müdiri-Baş memar Səfər Səfərov açmış və qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.Bunun da bariz nümunəsidir ki, bu gün Böyük Kəhrizli kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Bizim üçün yaradılan bütün imkanlar üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova minnətdarlığımızı bildiririk.
     Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bildirmişdir ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
    Rayon rəhbəri qeyd etmişdir  ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.
   Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diddət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.
    Tədbirdə Kəhrizli kəndinin ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.        
     Tədbirdə 400 nəfər  iştirak etmişdir .

Keçidlər