Şriftin ölçüsü :

Saytın rəngi :

“Anım günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilir

09 dekabr 2015 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq 08 dekabr 2015-ci il tarixdən etibarən rayon ümumtəhsil məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları başlandı. Tərtib olunmuş ekskursiya qrafikinə uyğun olaraq 09 dekabr 2015-ci il tarixdə Ş.Hüseynov adına şəhər 2 saylı məktəbin şagirdləri Heydər Əliyev Mərkəzində oldular. Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər - çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzinə gələn  şagirdlər foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi. Əbədiyaşar liderimiz Heydər Əliyev haqqında ətraflı məlumatlarla tanış olan məktəblilər daha sonra Ulu öndərə həsr olunmuş sənədli film izlədilər.
Qeyd edək ki, məktəblilərin ekskursiya tədris ilinin sonunadək davam etdiriləcəkdir.

Keçidlər