Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində hərbi vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biridə 8 saylı Hacıbədəlli kənd kitabxana filialında “Hacıbədəlli şəhidləri” başlığı altında keçirilmişdir.

08 dekabr 2015 | 11:00

Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində hərbi vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biridə 8 saylı Hacıbədəlli kənd kitabxana filialında “Hacıbədəlli şəhidləri” başlığı altında keçirilmişdir.
Tədbir Şəhidlər Xiyabanına ziyarətlə başladı.
Tədbiri giriş sözü ilə kitabxanaçı Füruzə Şirinova açdı. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. . Ağcabədi rayon MKS-nin İnformasiya –resurs şöbəsinin hazırladığı video-çarx nümayiş olundu. İlk söz Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Rüstəmova verildi. Sonra Kənd İcra nümayəndəsi Cavanşir Cəfərov, MKS-nin direktoru İradə Allahverdiyeva, direktor müavini Təranə Məmmədova, İnformasiya -resurs şöbəsinin müdiri Gülşən Quliyeva, şəhid Şıxaliyev Cabirin atası Məmməd Şixaliyev, Rüstəmov Fəridin qardaşı Pərviz Rüstəmov, Etibar Mənsimovun atası Qənbər Mənsimov, Namiq Hüseyinovun atası Fəxrəddin Hüseyinov, Cabir Şıxaliyevin qardaşı Rauf Şıxaliyev, Firdovsi Əbülhəsənovun oğlu Şəhriyar Əbülhəsənov, Uşaq şöbəsinin müdiri Xavər Həmzəyeva, Ağabəyli kənd kitabxanasının kitabxanaçısı Məlahət Hüseyinova, Rəncbərlər kənd kitabxanasının müdiri Yuris Usubov, Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev, Hacıbədəlli kənd Mədəniyyət evinin müdiri Bilqeyis Mahmudova, Veteranlar şurasının sədri Ələsgər Allahverənov, hərbi müəllim Vüqar Rzayev, baxça müdiri Tərlan Məlikova, Hərbiçi Gündüz Rzayev, kitabxananin müdiri Sevda Həsənova çıxış etdilər.Şəhidlərin ailə üzvüləri və kənd sakinləri tədbirin təşkilində əməyi olanlara və MKS-nin rəhbərliyinə öz minnətdarlığını bildirdilər.Tədbir iştirakçılarınin hər biri, tezliklə torpaqlarımızın işğaldan azad olacağını və şəhidlərimizin ruhunun rahatlıq tapacağını arzu etdilər.Tədbirin sonunda şəhid Firdovsi Əbülhəsənovun ailəsi tədbir iştirakçılarını ehsan süfrəsinə dəvət etdi. .

Keçidlər