Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Dəstək olaq, inkişaf edək” adlı tədbir keçirilib

04 dekabr 2015 | 11:00

04 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində  “Dəstək olaq, inkişaf edək” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ”İstedadlı gənclərə dəstək” fərdi layihəsinə kömək məqsədilə həyata keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin “Əl işi”, “Rəssamlıq”, “Toxuculuq” , “Tikiş” dərnəklərinin şagirdlərinin əl işləri  sərgilənmişdi. Həmin şagirdlərin özlərinin də iştirakı ilə həyata keçirilən sərgi tamaşaçılarda böyük maraq doğurdu.Sonra “Həvəskar aktyorluq dərnəyinin üzvü Gülər Həsənovanın ifasında vətənpərvərlik mövzusunda gözəl  şeir səsləndi.Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin şagirdi Tamella Abdullayevanın “Azərbaycan” mahnısına hazırladığı rəqs və şəhər 5 saylı məktəbəqədər təhsil müəssisəsinin balaca fidanı Sevgi Cəfərovanın ifa etiyi  özbək rəqsi tədbirə daha da rəng qatdı.”Həvskar akyorluq “ dərnəyinin üzvü Ülviyyə Hüseynova  “Yarımştat” televiziya tamaşasından  bir epizodu ,  Tomkanın monoloqu səhnəciyini canlandırdı. Daha sonra  İnklüziv Təhsil və Uşaq İnkişafı Mərkəzinin müəllimi Aydəniz Hüseynova pianoda Bethovendən “Sevgi hekayəsi” parçasını ifa etdi. Pianonun müşaiyəti ilə gənc şair Gündüz Sevindiyin söylədiyi  lirik şeir ilə tədbirə yekun vuruldu.

Keçidlər