Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNC HEYDƏRÇİLƏR HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ OLUBLAR

07 dekabr 2015 | 11:00

Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir .07 dekabr 2015-ci il tarixdə Gənc Heydərçilər qrupunun üzvlərinin Heydər Əliyev Mərkəzinə gəlişi təşkil edildi. Öncə dahi liderimizin abidəsini ziyarət edib önünə gül dəstələri düzən məktəblilər  sonra Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Əbədiyaşar liderimiz Heydər Əliyev  haqqında ətraflı məlumatlarla tanış olan Gənc Heydərçilər daha sonra Ulu Öndərə həsr olunmuş sənədli film izlədilər. Sonda öz təəssüratlarını bölüşən şagirdlər  böyük siyasətçi Heydər Əliyevin  ideyalarına hər zaman sadiq qalacaqlarını vurğuladılar.

Keçidlər