Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Beynəlxalq Əlillər günü münasibəti ilə silsilə təbirlər keçirilmişdir.

03 dekabr 2015 | 11:00

“3 dekabr  - Beynəlxalq  Əlillər Günü”  münasibətilə  Ağcabədi rayon İcra Hakimiyyəti və
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon şöbəsi ilə birlikdə Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün əyləncəli tədbir proqramı keçirtmişdir.
   Tədbiri giriş sözü ilə açan Ağcabədi RİHB aparatının baş məslhətçisi Fərid Rüstəmov  ölkə rəhbərliyi tərəfindən sağlamlıq imkanları məhdud olan şəxslər üçün yaradılan şərait, onların reabilitasiyası istiqamətində görülən işlər, qəbul olunan dövlət proqramları haqqında məlumat vermişdir.
      Tədbir Ağcabədi şəhər incəsənət məktəbinin şagirdlərinin hazırladığı musiqi və tamaşa nömrələri ilə davam etmişdir.
     Sonda  iştirakçılara nahar süfrəsi açılmışdır .

Keçidlər