Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər M. Aranlı adına 11 saylı tam orta məktəbdə hər bir Xocalılı şəhidin xatirəsinə 1 ədəd ağac olmaqla 613 ədəd ağac əkilmişdir.

26 fevral 2013 | 11:00

25 fevral 2013 –cü il tarixdə saat 10:00- da  Xocalı Soyqırımının 21- ci ildönümü ilə əlaqədar Ağcabədi şəhər M. Aranlı adına 11 saylı tam orta məktəbin həyətində məktəbin müəllim və şagird kollektivlərinin iştirakı ilə hər bir Xocalılı  şəhidin xatirəsinə 1 ədəd olmaqla 613 ədəd ağac əkmə kompanıyası keçirilmişdir.
    İlk öncə tədbirin ədəbi –bədii hissəsi   məktəbin həyətində  başlanmışdır. Məktəbin direktoru  heyəti 26 Fevral – Xocalı Soyqırımı haqqında  ətraflı çıxış etmişdir. Çıxışda bildirmişdir ki, 25- dən 26 –na keçən gecə Xocalı şəhərində baş vermiş vəhşiliklər insanlıq adına yaraşmayan qara bir ləkədir. 21 ildir ki, bu haqsızlığa biganə yanaşan  müxtəlif beynəlxalq qurumlar, siyasi xadimlər və dövlətlər öz mövqeyini bildirməli, bu haqsızlığa hüquqi siyasi qiymət verilməlidir.
   Yekunda çıxış edənlər  qeyd etdilər ki, Azərbaycan xalqı inanır ki, 21 ildir ki, ədaləti bərpa olunmayan bu faciə Ali Baş Komandanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacaq, bu faciənin bilavasitə iştirakçıları dünyanın  qınaq obyektinə məruz qalacaqdır.
    Daha sonra məktəbin şagird kollektivi hazırladıqları bədii kompozisiya ilə çıxış etdilər.
   Tədbirin yekununda  məktəbin müəllim və şagird kollektivi Xocalılı şəhidlərin xatirəsinə hərəyə  bir ağac əkdilər.
     Tədbirdə 800 nəfər iştirak etmişdir.

Keçidlər