“Qarabağda sağlam gənclik” kampaniyasına start verilib
Ağcabədi rayonunda Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ,Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə Ağcabədi şəhərində talassemiyalı xəstələr və şəhər mərkəzi xəstəxanasının həkimləri üçün informasiya məktəbi təşkil ediblər.Qarabağ ofisinin “İnkluziv təhsil və uşaq inkişaf mərkəzi” nəzdində yaradılan informasiya məktəbi talassemiya xəstəliyindən əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsi üçün dövlət tərəfindən nəzərdə tutulan prosedurla bağlı maarifləndirmə işi aparacaq.
Tədbirdə Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı, Azərbaycan Talassemiya Federasiyasının vitse–prezidenti Gülgün Gündüz talassemiya pasientləri və onların ailələri üçün xəstəlik barədə təqdimatla çıxış ediblər.Sonra Talassemiya Mərkəzinin həkim–hematoloqu Zaur Məmmədbəyov tərəfindən həkimlər üçün təqdimat keçirilib.
Talassemiyalı pasientlərin müalicəsi ilə əlaqədar müzakirələr aparılıb.
Tədbirdə iştirak edən xəstələrə Birlik tərəfindən hədiyyələr təqdim olunub.